Dünya
SAXAL HƏMAS-ın daxili təhlükəsizlik xidmətinin rəhbərini zərərsizləşdirdi
İsrail Müdafiə Ordusu (SAXAL) və Ümumi Təhlükəsizlik Xidməti (ŞABAK) Qəzza zolağının mərkəzi hissəsindəki qaçqın düşərgələrində HƏMAS-ın daxili təhlükəsizlik xidmətinə rəhbərlik edən Vael Musa Xalad Ladauinin zərərsizləşdirildiyini bildiriblər. Oxu.Az xəbər verir ki, bu barədə SAXAL-ın mətbuat xidməti məlumat yayıb. Ladauini Dir-əl-Bələh rayonunda öldürülüb. SAXAL və ŞABAK-ın məlumatında qeyd olunur ki, daxili təhlükəsizlik xidməti HƏMAS-ın əsas bölmələrindən biridir və o, İsrailə qarşı terror hücumlarının hazırlanması və həyata keçirilməsi üçün kəşfiyyat məlumatlarının toplanması ilə məşğuldur.
Mənbə
oxu.az
Oxşar Xəbərlər