Trampla bu mövzuları müzakirə edəcəyik - Netanyahu
ABŞ prezidenti, dostumuz Donald Trampla görüşmək üçün Vaşinqtona yola düşürəm.
Axar.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu Vaşinqtona yola düşməzdən əvvəl deyib.
“Bu, Trampın prezident seçilməsindən bəri onunla keçirəcəyim səkkizinci görüşdür. Yəni digər bütün beynəlxalq liderlərlə müqayisədə daha çoxdur. Bu, böyük imtiyaz olmaqla yanaşı, həm də böyük məsuliyyətdir.
Baş nazir kimi təcrübəmə əsasən deyə bilərəm ki, belə mürəkkəb dövrlərdə həm böyük qətiyyət, həm də böyük müdrikliklə hərəkət etmək lazımdır.
Gündəmdəki bütün məsələləri, ilk növbədə isə İran mövzusunu müzakirə edəcəyik.
Bu səfərə aydın məqsədlə çıxıram: əziz İsrail dövlətinin təhlükəsizliyini, gücünü və gələcəyini təmin etmək”, - o bildirib.
Qeyd edək ki, Netanyahunun sabah Ağ Evdə Trampla görüşəcəyi, həmçinin mərhum senator Lindsi Qrehemin vida mərasimində iştirak edəcəyi planlaşdırılır.