Cəmiyyət
Ülvi Hacızadə nazir müavini TƏYİN EDİLDİ - FOTO
Ülvi Hacızadə Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini vəzifəsinə təyin edilib. Oxu.Az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev müvafiq sərəncam imzalayıb. Yeni təyin olunan müavini nazirliyin kollektivinə ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev təqdim edib. Qeyd edək ki, Ü.Hacızadə bu təyinata qədər Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Geologiya və Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışıb.
Mənbə
oxu.az