Netanyahunun təyyarəsi niyə gecikib?
İsrailin Baş naziri Benyamin Netanyahu Nevatim Hərbi Hava Qüvvələri bazasından Vaşinqtona yola düşüb.
Axar.az xəbər verir ki, bu barədə “Tayms of İsrail” uçuş izləmə platformalarına istinadla məlumat yayıb.
Məlumata görə, Netanyahunun sabah ABŞ Prezidenti Donald Trampla görüşəcəyi, həmçinin mərhum senator Lindsi Qrehemin vida mərasimində iştirak edəcəyi planlaşdırılır.
Baş nazirin təyyarəsinin yerli vaxtla saat 11:00-da (Bakı vaxtı ilə 12:00) havaya qalxması nəzərdə tutulsa da, uçuş təxminən iki saat gecikib. Netanyahu administrasiyası gecikmənin səbəbi ilə bağlı açıqlama verməyib.
Netanyahu dövlətə məxsus “Wing of Zion” (“Sionun Qanadı”) təyyarəsində səfərə çıxıb və bu dəfə onu jurnalistlər müşayiət etmir.
Qeyd edək ki, bəzi mənbələr təyyarənin gecikməsinə İordaniya sərhədində vurulan 2 PUA-nın səbəb olduğunu deyirlər.