Digər
İordaniya qırıcıları 2 PUA-nı məhv etdi
İordaniya hərbi hava qüvvələrinə aid qırıcılar ölkə ərazisindəki obyektlərə hədəflənmiş iki pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.
Axar.az xəbər verir ki, bu barədə “Petra” xəbər agentliyi krallığın Silahlı Qüvvələr Baş Kommandanlığından olan mənbəyə istinadla məlumat yayıb.
Qeyd edək ki, bundan əvvəl İsrail Müdafiə Nazirliyi də İordaniya ilə sərhəddə iki PUA-nın zərərsizləşdirildiyini bəyan etmişdi.
Mənbə
axar.az