Digər

Fransadakı meşə yanğını: təhlükə altında qalan şirkətlər

27 Jul 2026, 14:33 18 baxış
Fransadakı meşə yanğını: təhlükə altında qalan şirkətlər

Fransanın cənub-qərbində baş verən meşə yanğını Bordo aqlomerasiyasında yerləşən müdafiə sənayesi obyektlərini təhdid edir.


Axar.az xəbər verir ki, bu barədə “Le Parisien” məlumat yayıb.


“Jirond departamentində baş verən yanğın Bordo yaxınlığında yerləşən geniş müdafiə sənayesi müəssisələri və elmi-tədqiqat obyektləri şəbəkəsini təhdid edir. Arkaşon körfəzi ətrafını bürüyən alov bölgənin sənaye zonasına qədər irəliləyərək ona birbaşa yaxınlaşıb. Bu ərazidə Fransanın və Avropanın ən böyük hərbi-sənaye konsernləri olan “Safran”, “Thales”, “Dassault” və “ArianeGroup” şirkətlərinin istehsal gücləri yerləşir. Bundan əlavə, Avropanın raket və silah istehsalı nəhəngi MBDA üçün raket mühərrikləri istehsal edən “Roxel France” şirkətinin törəmə müəssisəsi də təhlükə altına düşüb”, - məlumatda deyilib.

Mənbə axar.az

Oxşar Xəbərlər