Dünya
Mahsun Kırmızıgül, Gülben Ergen və bir neçə məşhur istintaqa çağırıldılar
Türkiyənin İstanbul Baş Prokurorluğu "Ahbaplar cinayət təşkilatı" işi çərçivəsində bir neçə tanınmış şəxsi ifadə vermək üçün istintaqa çağırıb. Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Jurnalist Uğur Dündar, sənətçi Mahsun Kırmızıgül, müğənni və aktrisa Gülben Ergen, aktrisa Elçin Sangu, həmçinin rok musiqiçisi Hayko Cepkinin dindirilmək məqsədilə istintaqa cəlb edildiyi bildirilir.
Mənbə
oxu.az