Dünya

Çikaqoda atışma: Altı nəfər yaralandı

27 Jul 2026, 10:44 2 baxış
Çikaqoda atışma: Altı nəfər yaralandı
Çikaqo şəhərində baş verən silahlı hücum nəticəsində altı nəfər xəsarət alıb. Oxu.Az xəbər verir ki, bu barədə məlumatı ABC telekanalı yayıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, şəhərin yaşayış massivlərinin birində naməlum şəxs idarə etdiyi avtomobillə hərəkətdə olarkən toplaşan insanlara doğru atəş açıb. Hadisə nəticəsində 33-46 yaş aralığında olan dörd kişi və iki qadın yaralanıblar. Zərərçəkənlərdən birinin vəziyyətinin ağır olduğu bildirilir. Hazırda cinayətin başvermə səbəbləri araşdırılır. Polis hadisəni törədən şəxsin axtarışlarını davam etdirir.
Mənbə oxu.az

Oxşar Xəbərlər