Dünya
Rusiyada keçmiş hüquqşünas özünü İsa Məsih elan edib - FOTO
Rusiyanın Sankt-Peterburq şəhərində Ermitaj muzeyinin əməkdaşları özünü İsa Məsih adlandıran şəxsi saxlayaraq psixiatrların nəzarətinə veriblər. Oxu.Az xəbər verir ki, bu barədə "Fontanka" nəşri hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb. Məlumata görə, günorta saatlarında uzun saçlı, ayaqyalın, köynək və şort geyinmiş kişi Saray meydanı tərəfdən hasarı aşaraq muzeyin ərazisinə daxil olub. O, həyətdə qaçıb, əllərini yelləyərək nəsə danışıb. Təhlükəsizlik əməkdaşları hadisə yerinə Rusiya Milli Qvardiyasının əməkdaşlarını çağırıblar. Saxlanılan şəxsin 28 yaşlı moskvalı Qleb olduğu müəyyənləşib. Məlum olub ki, o, əvvəllər iflas prosedurları üzrə ixtisaslaşmış hüquq şirkətində çalışıb. Lakin saxlanılarkən özünü "tanrının oğlu" elan edib. Bundan sonra hüquq-mühafizəçilər psixiatr briqadası çağırıblar və həkimlərlə qısa söhbətdən sonra onu psixi xəstəxanaya göndərmək qərarı verilib.
Mənbə
oxu.az