Digər

Fidan Sani və Munirlə İran-ABŞ danışıqlarını müzakirə etdi

26 Jul 2026, 22:10 20 baxış
Fidan Sani və Munirlə İran-ABŞ danışıqlarını müzakirə etdi

Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətər və Pakistanın yüksək vəzifəli rəsmiləri ilə telefon danışığı aparıb.


Axar.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.


Məlumata görə, Hakan Fidan Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Əəs-Sani, eləcə də Pakistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, feldmarşal Asim Munirlə telefon danışığı keçirib.


Bildirilib ki, tərəflər söhbət zamanı İran və ABŞ arasında danışıqların gedişi ilə bağlı fikir mübadiləsi aparıblar.

Mənbə axar.az

Oxşar Xəbərlər