Digər

Qərb "cinləri şüşüdən buraxdı" - Putin

26 Jul 2026, 21:51 20 baxış
Qərb "cinləri şüşüdən buraxdı" - Putin

Qərb ölkələri beynəlxalq hüquqa məhəl qoymadan bir sıra qərarlar qəbul edib və “cinləri şüşədən buraxıblar”.


Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti ilə görüşdə deyib.


"Qərb Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə tamamilə zidd olan qərarlar qəbul edib. Onlar sadəcə cinləri şüşədən buraxıblar", - deyə Kreml rəhbəri bildirib.


Putin xatırladıb ki, müasir dünya nizamı İkinci Dünya Müharibəsindən sonra qalib ölkələr tərəfindən formalaşdırılan BMT Nizamnaməsi əsasında yaranıb.

Mənbə axar.az

Oxşar Xəbərlər