Digər
İki gün öncə görüşmüşdülər, bu gün isə telefonda danışdılar
İran xarici işlər naziri Abbas Arakçı və rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, bu barədə İran XİN-in məlumatında deyilir.
Söhbət zamanı nazirlər regional və beynəlxalq məsələləri müzakirə edib, ikitərəfli münasibətlərlə bağlı fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, Arakçı və Lavrovun iki gün öncə Qırğızıstanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində görüşdüyü bildirilmişdi.
Mənbə
axar.az