Digər

İspaniya rus helikopterlərindən istifadə edə bilmir

26 Jul 2026, 19:17 30 baxış
İspaniya rus helikopterlərindən istifadə edə bilmir

Rusiyaya qarşı sanksiyalar İspaniyanın Rusiya istehsalı olan helikopterlərdən meşə yanğınlarının söndürülməsində istifadə etməsinə imkan vermir.


Axar.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.


Məlumata görə, İspaniyada hər biri 5 tona qədər su daşımaq qabiliyyətinə malik Rusiya istehsalı olan 10 ədəd Ka-32 helikopteri var:


"Onlar Ekoloji Keçid Nazirliyi və ya yerli icmalarla müqavilə əsasında fəaliyyət göstərən özəl şirkətlərə məxsusdur".


Vətənpərvərlər Partiyasının lideri Florian Filipponun sözlərinə görə, ispaniyalılar hazırda bu helikopterlərdən istifadə edə bilmirlər.


Qeyd edək ki, Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin Rusiya istehsalı aviasiya texnikası üçün uçuş sertifikatlarını ləğv etməsi səbəbindən bu helikopterlərə nə ehtiyat hissələri almaq, nə də müqaviləyə əsasən onlara texniki xidmət göstərməli olan rusiyalı mütəxəssisləri dəvət etmək mümkündür.

Mənbə axar.az

Oxşar Xəbərlər