Digər

Çində daşqın: 10 nəfər öldü

26 Jul 2026, 18:25 18 baxış
Çində daşqın: 10 nəfər öldü

Çinin şimal-qərbindəki Qansu əyalətində qısa müddət davam edən şiddətli yağışın yaratdığı daşqın nəticəsində 10 nəfər ölüb, 23-ü xəsarət alıb.


Axar.az əyalətin hakimiyyət orqanlarının açıqlamasına istinadla xəbər verir ki, hadisə günorta vaxtı Veyyuan rayonu ərazisində baş verib. Ölən və xəsarət alanlar ərazidə düşərgə quran turistlər olublar.


Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Mənbə axar.az

Oxşar Xəbərlər