Dünya

Hörmüz boğazında tanker partladı

26 Jul 2026, 16:54 19 baxış
Hörmüz boğazında tanker partladı
Bazar günü Hörmüz boğazında İranla razılaşdırılmamış marşrutla hərəkət edən tankerin minaya düşərək partladığı bildirilir. Oxu.Az xəbər verir ki, bu barədə "Defa Press" agentliyi mənbəyə istinadən məlumat yayıb. Agentlik tankerin hansı ölkəyə məxsus olduğunu açıqlamayıb. Xatırladaq ki, ABŞ ilə İran arasında növbəti gərginlik iyulun 8-də başlayıb. Vaşinqton və Tehran arasında memorandum imzalandıqdan sonra ABŞ Silahlı Qüvvələri Hörmüz boğazında ticarət gəmisinə edilən hücuma cavab olaraq İran ərazisində bir neçə hədəfə zərbələr endirdiyini bəyan edib. Həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin başa çatdığını elan edib. Bundan sonra Tehran cavab tədbirləri çərçivəsində Bəhreyn, İordaniya, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Omanda yerləşən ABŞ-nin Yaxın Şərqdəki hərbi obyektlərinə zərbələr endirməyə başlayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər