Digər
İran XX əsrin son utopiyasıdır - Sikorski
İran XX əsrin son utopiyasıdır. Bizdə faşist utopiyası, kommunist utopiyası olub, bu isə teokratik utopiyadır.
Axar.az xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib.
“Utopiyalar həmişə kütləvi qırğına gətirib çıxarır, çünki insanları bunun doğru bir şey olduğunu düşünərək öldürürsən, amma sən sadəcə insanları öldürürsən.
İranın əsas problemi onun ölkə kimi deyil, hərəkat, inqilab kimi davranmasıdır. Əlbəttə, İranın milli təhlükəsizlik maraqlarını təmin etmək hüququ var, lakin sistemini başqa ölkələrə ixrac etmək hüququ yoxdur”, - Sikorski bildirib.
Mənbə
axar.az