Digər

Putin yeni qanunu təsdiqlədi: 18 yaşına çatmış şəxslər...

26 Jul 2026, 16:49 22 baxış
Putin yeni qanunu təsdiqlədi: 18 yaşına çatmış şəxslər...

Rusiya Prezidenti Vladimir Putin miqrant işçilərin uşaqlarının 18 yaşına çatdıqdan sonra ölkəni tərk etməsini tələb edən qanun imzalayıb.


Axar.az xəbər verir ki, müvafiq sənəd iyulun 26-da onlayn hüquqi məlumat portalında dərc edilib.


Xarici vətəndaşların yetkinlik yaşına çatmayan uşaqları valideynlərinin iş icazəsi müddətində Rusiyada müvəqqəti yaşamaq hüququnu saxlayırlar. Lakin yetkinlik yaşına çatdıqdan sonra onlar 30 gün ərzində Rusiyanı tərk etməlidirlər.


Bu qaydadan yalnız iki halda istisna nəzərdə tutulur: əcnəbinin öz adına əmək patentinin olması və ya ölkədə yaşamaq üçün digər qanuni əsaslara malik olması.

Mənbə axar.az

Oxşar Xəbərlər