Digər
Ukraynanın mövqeyi ən güclü səviyyəyə çatıb - Stubb
Ukraynanın mövqeyi müharibənin başlanğıcından bəri ən güclü səviyyəyə çatıb.
Axar.az xəbər verir ki, bunu Finlandiya Prezident Aleksandr Stubb deyib.
“Prezident Vladimir Zelenski ilə məhsuldar telefon danışığım oldu. Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsini və ona son qoymaq üçün növbəti addımları müzakirə etdik. Ukraynanın mövqeyi müharibənin başlanğıcından bəri çox güclənib. Tərəfdaşlarımızın davamlı dəstəyi çox vacibdir. Ukrayna sülhə hazırdır”, - Stubb bildirib.
Mənbə
axar.az