Dünya
Rusiya Hərbi Dəniz Donanmasının tərkibində yeni qoşun növü yaradıldı
Rusiya Hərbi Dəniz Donanmasının (HDD) tərkibində pilotsuz sistemlər alaylarının formalaşdırılması prosesi başa çatıb. Oxu.Az xəbər verir ki, bu barədə HDD-nin baş komandanı, donanma admiralı Aleksandr Moiseyev "Zvezda" telekanalının efirində bildirib. Moiseyevin sözlərinə görə, pilotsuz sistemlər alayları iyulun 1-dən etibarən tam formalaşdırılıb. O qeyd edib ki, bu cür hərbi hissələrdən biri də Şimal Donanmasının tərkibində fəaliyyət göstərir. Xatırladaq ki, pilotsuz sistemlər alaylarının yaradılması ilə bağlı qərar 2024-cü ilin sonunda qəbul olunmuşdu.
Mənbə
oxu.az