Digər

Husilər Yəməndə “Bayraqdar” vurdular

26 Jul 2026, 14:12 16 baxış
Husilər Yəməndə “Bayraqdar” vurdular

Husi üsyançıları Yəmənin Əl-Cauf əyaləti üzərində Səudiyyə Ərəbistanına məxsus “Bayraqdar Akıncı” PUA-sını vurub.


Axar.az xəbər verir ki, bunu Husi üsyançılarının sözçüsü Yəhya Səriyə deyib.


"Husilər Əl-Cauf əyaləti üzərində əməliyyatlar aparan Səudiyyə Ərəbistanına məxsus Türkiyə istehsalı olan “Bayraqdar Akıncı” kəşfiyyat və hücum PUA-sını vurmağı bacarıblar", - Səriyə bildirib.


Qeyd edək ki, Yəmənin Əl-Cauf əyalətində husilərlə Səudiyyə Ərəbistanının dəstəklədiyi qüvvələr arasında toqquşmalar başlayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər