Digər

Rumıniya Rusiyanın daha bir PUA-sını vurdu

26 Jul 2026, 14:45 17 baxış
Rumıniya Rusiyanın daha bir PUA-sını vurdu

Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısı Rumıniyanın ölkənin ərazi suları üzərində Rusiyaya məxsus daha bir “Şahid” PUA-sını məhv edib.


Axar.az xəbər verir ki, bunu Rumıniya Prezidenti Nikuşor Dan deyib.


Onun sözlərinə görə, insident yerli vaxtla saat 10:13-də Sulina–Kiliya bölgəsində baş verib.


Nikuşor Dan bildirib ki, aparılan araşdırmaların nəticələri əsasında Rusiya Federasiyasına rəsmi diplomatik etiraz təqdim olunacaq.


Qeyd edək ki, bu, Rumıniya ordusunun son bir neçə gündə vurduğu 3-cü PUA-dır.

Mənbə axar.az

Oxşar Xəbərlər