Digər

Elbrusa çıxan iki alpinist öldü, 4-ü itkin düşdü

26 Jul 2026, 10:43 17 baxış
Elbrusa çıxan iki alpinist öldü, 4-ü itkin düşdü

Elbrus dağına çıxan 7 nəfərlik alpinist qrupundan 2-si həlak olub.


Axar.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.


Məlumata görə, yeddi nəfərdən ibarət qrup iyulun 25-də Elbrus dağına çıxıb. Alpinistlərdən biri dağdan enərək qrupun iki üzvünün 5100 metr yüksəklikdə vəziyyətlərinin pisləşdiyini və öldüyünü bildirib.


Qalan dörd alpinistin axtarışı davam edir.


Həlak olan alpinistlərin Bosniya-Hersoqovina vətəndaşları olduqları bildirilir.

Mənbə axar.az

Oxşar Xəbərlər