Digər

Rusiya Qrehemin sanksiyalarından yayınmaq üçün... - Sibiqa

26 Jul 2026, 01:40 22 baxış
Rusiya Qrehemin sanksiyalarından yayınmaq üçün... - Sibiqa

Rusiya mərhum senator Lindsi Qrehemin irəli sürdüyü "cəhənnəm sanksiyaları" paketi üzrə səsverməni pozmağa cəhd edə bilər.


Axar.az xəbər verir ki, bu sözləri Ukraynanın xarici işlər naziri Andrey Sibiqa deyib.


“Rusiya sülhə qayğı göstərdiyini iddia edərək onu sabotaj etməyə cəhd edə bilər. Rəsmi Moskvaya olan sanksiya təzyiqinin sərtləşdirilməsi Rusiya terrorizminə qarşı mübarizə və bu müharibəyə həqiqətən son qoymaq üçün vacibdir”, - Sibiqa bildirib.


Qeyd edək ki, "cəhənnəm sanksiyaları" paketi əvvəlcə ABŞ-ın Rusiya enerji məhsullarını alan ölkələrə ikinci dərəcəli tariflər tətbiq etməsini nəzərdə tuturdu. Bu tariflər 500 faiz olaraq müəyyən edilmişdi. Lakin Qrehemin ölümündən əvvəl və sonra sənəddə bir qədər dəyişiklik edilib. İndi sənəddə 500 rəqəmi 100 ilə əvəzlənib və ABŞ Prezidenti Donald Tramp qanun layihəsi qəbul edilərsə, sanksiyaları müstəqil şəkildə tətbiq edə və ləğv edə biləcək.

Mənbə axar.az

Oxşar Xəbərlər