Dünya
Tramp ABŞ-Kanada sərhədində nəhəng divar görüntüsü paylaşdı
ABŞ Prezidenti Donald Tramp Kanada ilə sərhəddə "hava filtri" formasında nəhəng divarın təsvir olunduğu süni intellektlə hazırlanmış görüntü paylaşıb. Oxu.Az xəbər verir ki, ABŞ lideri bu paylaşımı özünün "Truth Social" hesabında edib. Süni intellekt vasitəsilə yaradılan şəkildə ABŞ və Kanada sərhədi boyunca böyükölçülü divar təsvir olunub. Şəkildə "Baryer hava filtri. Təmiz hava. Təmiz sərhədlər" yazısı yer alıb. Qeyd edək ki, 2026-cı ilin iyulunda Tramp Kanadanın ABŞ məhsullarına qarşı "ayrı-seçkilik münasibəti" göstərdiyini əsas gətirərək bu ölkədən idxal olunan mallara 50 faiz gömrük rüsumu tətbiq edib. Bundan əlavə, iyulun 25-də ABŞ prezidenti Kanadadakı meşə yanğınları səbəbindən ABŞ-də havanın çirklənməsinə görə əlavə rüsumlar tətbiq etməyi planlaşdırdığını bildirib.
Mənbə
oxu.az