Kadir İnanırın mirası ortaya çıxdı
Türkiyənin tanınmış aktyoru Kadir İnanırın vəfatından sonra onun mirası ilə bağlı yeni detallar üzə çıxıb.
Kult.az Lent.az-a istinadən xəbər verir ki, aktyorun mirasına müxtəlif bölgələrdə daşınmaz əmlaklar, bank hesabları, eləcə də lüks saat, alışqan və qurbağa fiqurlarından ibarət kolleksiyalar daxildir.
Bildirilir ki, Kadir İnanır notariusun iştirakı ilə hazırladığı və məzmunu gizli saxlanılan üç ayrı vəsiyyətnamə tərtib edib. Həmin sənədlərin bu ilin sentyabr ayında açılması gözlənilir. Məlumata görə, 8 uşaqlı ailədən çıxan aktyorun yalnız böyük qardaşı sağdır. Mərhum sənətçinin bacı-qardaşının 24 övladı olduğu bildirilir.
Digər məlumata görə, İnanırın 24 illik həyat yoldaşı ilə də rəsmi nikahı olmayıb.
Aktyorun əmlakını və digər varidatını kimlərə vəsiyyət etdiyi də vəsiyyətnamələr açıldıqdan sonra məlum olacaq. Hazırda vəsiyyətnamələrin məzmunu ictimaiyyətə açıqlanmayıb.