Digər
İsrail nazirinin evinin yaxınlığına dron düşdü
İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin Hevron şəhərində yerləşən evinin yanında dron düşüb, yanğın başlayıb.
Axar.az xəbər verir ki, bu barədə İsrailin "Kanal-12" telekanalı məlumat yayıb.
Dronun hansı ölkəyə məxsus olması ilə bağlı araşdırma aparılır.
Hadisənin təfərrüatı barədə məlumat verilməyib.
Mənbə
axar.az