Cəmiyyət
Küçə adları və ünvan lövhələri olmayan qəsəbələr: Sakinlər hansı çətinliklərlə üzləşirlər? - VİDEO
Görədil, Corat, Novxanı və Şüvəlan də daxil olmaqla Bakı və Abşeronun bir çox kənd və qəsəbələrində əksər küçələrin adları və ünvan lövhələri yoxdur. Bu problem sakinlər üçün gündəlik həyatda çətinliklər yaradır. Oxu.Az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.
Sakinlərdən biri vəziyyəti belə ifadə edib: "Buraya gəlmək istəyənlər deyir ki, "konum" at. Mən 15 ildir burada yaşayıram, ərazidə küçə adı yoxdur. Xahiş edirik ki, buraya küçə adı verilsin". Məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, müvafiq portalda bütün küçə və prospektlərin adı qeyd olunub, lakin küçə adları, prospektlər, ünvan göstərici lövhələr və bina nömrə lövhələrinin quraşdırılması onların səlahiyyətinə aid deyil: "Bu işlər qanunvericiliyə uyğun olaraq müvafiq yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir". Bir neçə icra hakimiyyəti orqanından isə qeyd olunub ki, ünvan lövhələri satınalma predmeti olduğundan hazırda aidiyyəti qurumlarla razılaşdırılaraq həyata keçirilməsi üzərində işlər aparılır və lövhəsi olmayan küçələr müəyyən edilərək bərpa olunur.

Mənbə
oxu.az