Dünya

KİV: Tramp İrana zərbələri dayandırmaq barədə göstəriş verdi

25 Jul 2026, 22:36 2 baxış
KİV: Tramp İrana zərbələri dayandırmaq barədə göstəriş verdi
ABŞ Prezidenti Donald Tramp iyulun 25-də İrana qarşı yeni zərbələrin endirilməməsi barədə göstəriş verib və bununla da təxminən iki həftə davam edən gündəlik hücumlar seriyasını dayandırıb. Oxu.Az "Axios"a istinadən xəbər verir ki, bu barədə ABŞ liderinin qərarı ilə tanış olan iki mənbə məlumat verib. Məlumata görə, əvvəlki 13 gün ərzində Tramp hər gün ABŞ ordusunun həyata keçirdiyi zərbə planlarını təsdiqləyib. Cümə günü də ona analoji plan təqdim olunub, lakin prezident əməliyyata "yaşıl işıq" verməyib və zərbələrin endirilməməsi barədə göstəriş verib. "Axios" yazır ki, Trampın qərarı həm diplomatiyaya daha çox imkan vermək istəyi, həm də ABŞ zərbələrinin hazırkı səviyyəsinin effektivliyinin həddinə çatdığını düşünməsi ilə bağlıdır. Qısa müddət sonra Tramp Ağ Evdə jurnalistlərə bildirib ki, zərbələri davam etdirmək və hətta onları gücləndirərək İranın "əldə etdiyi hər şeyi məhv etmək" variantı mövcuddur. Lakin o, İranla razılaşma əldə etməyin "daha ağıllı strategiya" olduğunu qeyd edib. Məlumata görə, Trampın atəşkəs barədə göstərişi Oman nümayəndə heyətinin Hörmüz boğazının açılması ilə bağlı yeni razılaşma üzrə danışıqlar aparmaq üçün Tehrana getməsindən bir neçə saat sonra verilib. Danışıqlarla tanış olan regional mənbələr bildiriblər ki, tərəflər arasında müəyyən irəliləyiş əldə olunub və Omanla İran arasında razılaşma həftəsonu əldə oluna bilər. Bundan sonra isə Trampın təklif olunan sazişi qəbul edib-etməyəcəyinə qərar verməli olduğu qeyd olunur.
Mənbə oxu.az

Oxşar Xəbərlər