Digər

Ukrayna və ABŞ birgə istehsalla bağlı danışıqlar aparır

25 Jul 2026, 21:16 2 baxış
Ukrayna və ABŞ birgə istehsalla bağlı danışıqlar aparır

Ukrayna ABŞ ilə “Patriot” sistemləri üçün raket tədarükünün sürətləndirilməsi və hava hücumundan müdafiə (HHM) sistemlərinin birgə istehsalına başlanması ilə bağlı müzakirələr aparır.


Axar.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Sergey Koretski məlumat verib.


Baş nazir Sergey Koretski müdafiə naziri vəzifəsini icra edən Yevgen Xmara ilə birlikdə “Raytheon” şirkətinin quru və hava hücumundan müdafiə üzrə vitse-prezidenti, eləcə də “Raytheon” Ukrayna şirkətinin icraçı direktoru ilə görüşüb.


Sergey Koretski qeyd edib ki, görüşdə qışdan əvvəl “Patriot” sistemləri üçün raket tədarükünün tez bir zamanda artırılması, istehsalın genişləndirilməsi və Ukrayna müdafiə sənayesinin daha da gücləndirilməsi müzakirə edilib.


“Məqsədimiz təkcə Ukraynanın ehtiyaclarını ödəmək deyil, həm də Ukraynanın müdafiə imkanlarını qlobal təhlükəsizlik sisteminə inteqrasiya etməkdir”, - o vurğulayıb.


Qeyd edək ki, Ukrayna müdafiə potensialını genişləndirmək və hava hücumundan müdafiə imkanlarını artırmaq üçün fəal şəkildə həll yolları axtarır.

Mənbə axar.az

Oxşar Xəbərlər