Digər

Yük gəmisi vuruldu, yaralılar var - Ukrayna

25 Jul 2026, 22:56 2 baxış
Yük gəmisi vuruldu, yaralılar var - Ukrayna

Rusiya ordusu Odessa yaxınlığında iki dəfə xarici mülki gəmiyə dronlarla hücum edib. Ən azı yeddi nəfər yaralanıb.


Axar.az xəbər verir ki, bu barədə Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper məlumat verib.


"Düşmən PUA-ları Palau bayrağı altında üzən və qarğıdalı yükü daşıyan mülki ticarət gəmisinə iki dəfə zərbə endirib. Birinci zərbə yuxarı göyərtəyə və yük anbarına ziyan vurub. İkinci zərbə isə üst tikilidə yanğına səbəb olub", - o bildirib.


Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.


Qeyd edək ki, bundan öncə Rusiya MN Ukraynaya məxsus hərbi yük daşıyan gəmini vurduğunu bəyan edib.

Mənbə axar.az

Oxşar Xəbərlər