Kriminal

Daha bir nəfər dənizdə batdı

25 Jul 2026, 22:35 2 baxış
Daha bir nəfər dənizdə batdı

Sumqayıtda dənizdə boğulma hadisəsi baş verib.


Fövqəladə Hallar Nazirliyindən Axar.az-a verilən məlumata görə, Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən 1.5 km aralı, dənizdə nəzarətsiz ərazidə 1 nəfər batıb. Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.


Axtarışlar nəticəsində dalğıclar tərəfindən 2000-ci il təvəllüdlü Ümid Taməddin oğlu Hüseyinlinin meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Faktla bağlı araşdırmalar aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər