Kriminal
Sumqayıtda dənizdə üç nəfər batdı: Birinin meyiti tapıldı
Sumqayıtda dənizdən meyiti çıxarılan şəxsin kimliyi məlum olub. Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Qeyd olunub ki, nazirliyin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən 1.5 kilometr aralı, dənizdə nəzarətsiz ərazidə bir nəfərin batması barədə məlumat daxil olub. Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub. Axtarışlar nəticəsində dalğıclar tərəfindən 2000-ci il təvəllüdlü Ümid Taməddin oğlu Hüseynlinin meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Sumqayıtda dənizdə üç nəfər batıb. Oxu.Az "Unikal"a istinadla xəbər verir ki, batanlardan birinin meyiti çıxarılıb, digər iki nəfərin axtarışları davam edir. Məlumatla əlaqədar dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları çağırış üzrə cəlb olunublar.
Mənbə
oxu.az