Digər
Ukraynanın yük gəmisi vuruldu
Rusiya ordusu Ukraynaya məxsus yük gəmisinə zərbə endirib.
Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat verib.
Məlumata görə, Nikolayev limanında olan gəmi idarə olunan raket və dronlarla vurulub.
Eyni zamanda, Çornomorsk limanındakı hərbi yük anbarlarına da hücum edilib.
Mənbə
axar.az