Dünya

İsrail ordusu İordan çayının qərb sahilində onlarla şübhəlinin saxlanıldığını açıqlayıb

25 Jul 2026, 20:36 2 baxış
İsrail ordusu İordan çayının qərb sahilində onlarla şübhəlinin saxlanıldığını açıqlayıb
İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində keçirilən genişmiqyaslı reydlər zamanı terror fəaliyyətində şübhəli bilinən 70 nəfəri saxlayıb. Oxu.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, əməliyyatlar gecə və səhər saatlarında keçirilib. Saxlanılan şəxslər sonrakı araşdırma üçün təhlükəsizlik orqanlarına təhvil verilib. Məlumata görə, reydlər zamanı təxminən 200 nəfər dindirilib, 300 ünvanda axtarış aparılıb. Saxlanılanlardan bəzisinin HƏMAS hərəkatı ilə əlaqədə olmaqda şübhəli bilindiyi qeyd olunub. Xatırladaq ki, iyulun 24-də Nablus yaxınlığındakı Havat-Gilad yaşayış məntəqəsi ətrafında yəhudi sakinlərlə fələstinlilər arasında baş verən silahlı insident nəticəsində iki israilli hərbçi həlak olmuşdu. Bundan sonra İsrail ordusu Nablus və ətraf ərazilərdə genişmiqyaslı antiterror əməliyyatına başladığını açıqlamışdı.
Mənbə oxu.az

Oxşar Xəbərlər