Dünya
Hindistanda aksiyalar: İnternet kəsildi, nazir istefa verdi
Hindistanın Təhsil Nazirliyinə rəhbərlik edən Dharmendra Pradhan imtahan materiallarının yayılması səbəbindən başlayan tələbə nümayişləri fonunda vəzifəsindən getdiyini açıqlayıb. Oxu.Az xəbər verir ki, o, bu barədə özünün "X" sosial şəbəkə hesabında məlumat paylaşıb. Pradhan qeyd edib ki, istefa ərizəsini artıq baş nazir Narendra Modiyə təqdim edib. İyulun 23-də N.Modi cəmiyyətdə ciddi narazılıq yaradan imtahan suallarının sızmasında günahkar bilinən şəxslərin tez bir zamanda məsuliyyətə cəlb olunması məqsədilə ölkədə xüsusi məhkəmələrin qurulacağını bildirib. Hökumət rəhbəri əlavə edib ki, bu qərarın icrası üçün müvafiq qurumlara lazımi tədbirlərin görülməsi barədə artıq tapşırıq verib. Bundan bir qədər əvvəl hökumət rəsmiləri yerli əhalinin etiraz aksiyaları səbəbindən Nyu-Delhinin mərkəzi hissəsində mobil internet xidmətlərinin müvəqqəti dayandırılması barədə göstəriş verib.
Mənbə
oxu.az