Digər
Zelenski əhaliyə səsləndi: Rusiya kütləvi zərbə endirəcək!
Ukrayna Prezidenti Vladimir Zelenski kəşfiyyat məlumatlarına istinad edərək bildirib ki, Rusiya ölkə ərazisinə yeni kütləvi zərbə endirməyə hazırlaşır.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna lideri axşam müraciətində deyib.
Onun sözlərinə görə, hücum yaxın 48 saat ərzində həyata keçirilə bilər. Zelenski vətəndaşları təhlükəsizlik tədbirlərinə riayət etməyə və hava həyəcanı siqnallarına reaksiya verməyə çağırıb.
Ukrayna lideri həmçinin yenidən Qərb tərəfdaşlarına hava hücumundan müdafiə vasitələrinin tədarükünü sürətləndirmək çağırışı ilə müraciət edərək əldə olunmuş bütün razılaşmaların operativ şəkildə yerinə yetirilməsinin vacibliyini vurğulayıb.
Mənbə
axar.az