Digər
Yumurtanın köhnə olduğunu belə bilmək olar
Yumurtanın təravətini ev şəraitində sadə üsullarla müəyyən etmək mümkündür.
Axar.az xəbər verir ki, ən məşhur üsullardan biri su testidir.
Yumurta suyun dibinə üfüqi şəkildə batırsa, təzə sayılır. Şaquli vəziyyətdə qalırsa, köhnəlməyə başlayıb, suyun üzərinə çıxırsa, istehlak üçün uyğun olmaya bilər.
Yumurtanı sındırdıqdan sonra da təravətini yoxlamaq mümkündür. Təzə yumurtanın sarısı daha dik və yuvarlaq, ağı isə daha qatı olur. Köhnə yumurtada isə sarı yayılır, ağı durulaşır.
Mütəxəssislər həmçinin yumurtanı işığa tutaraq daxildəki hava boşluğunu yoxlamağı tövsiyə edirlər. Hava boşluğu böyüdükcə yumurtanın köhnəldiyi anlaşılır.
Mənbə
axar.az