Dünya

Türkiyədə illərdir müzakirə olunan faciə: Nazir yeni sübutlardan danışdı

25 Jul 2026, 01:24 2 baxış
Türkiyədə illərdir müzakirə olunan faciə: Nazir yeni sübutlardan danışdı
Türkiyənin ədliyyə naziri Akın Gürlek 2009-cu ildə Böyük Birlik Partiyasının (BBP) sədri Muhsin Yazıcıoğlunun həlak olduğu helikopter qəzası ilə bağlı yeni faktları açıqlayıb. Oxu.Az xəbər verir ki, Gürlek bu barədə "TRT Haber"in canlı efirində danışıb. Nazirin sözlərinə görə, qəza ilə bağlı aparılan istintaq zamanı hadisənin "Fətullahçı Terror Təşkilatı" (FETÖ) ilə əlaqəli ola biləcəyinə işarə edən dəlillər aşkarlanıb. "Helikopter qəzasından əvvəl həmin ərazi üzərindən "F-4" qırıcısı keçib. Həmin qırıcının pilotunun həyat yoldaşının barmaq izləri FETÖ-nün "Türk Silahlı Qüvvələrindəki imamı" kimi tanınan və hazırda axtarışda olan Adil Öksüzün evində aşkar edilib", - deyə Gürlek bildirib. Ədliyyə naziri istintaqın davam etdiyini vurğulayaraq bildirib ki, mövcud dəlillər Yazıcıoğlunun FETÖ tərəfindən hədəf alındığı və təşkilatın hadisədə rolunun ola biləcəyi qənaətini formalaşdırır. Xatırladaq ki, 2009-cu ilin martında göyərtəsində Muhsin Yazıcıoğlunun da olduğu helikopter Kahramanmaraş vilayətində qəzaya uğrayıb. BBP sədrinin və hadisə zamanı həlak olan digər beş nəfərin cəsədi faciədən 48 saat sonra tapılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər