Dünya

Səudiyyə Ərəbistanı Yəmənə aviazərbələr endirdi

25 Jul 2026, 01:36 3 baxış
Səudiyyə Ərəbistanı Yəmənə aviazərbələr endirdi
Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələri Yəmənin qərbində, Qırmızı dəniz sahilində yerləşən Hudeydə şəhərinin müxtəlif rayonlarına aviazərbələr endirib. Oxu.Az xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyinə yerli hakimiyyət orqanlarındakı mənbə məlumat verib. "Səudiyyə Ərəbistanına məxsus qırıcılar Hudeydə şəhərinin müxtəlif rayonlarına beş aviazərbə endirib", - deyə mənbə bildirib. Məlumata görə, hücum Səudiyyə Ərəbistanı hakimiyyətinin Qırmızı dənizdə krallığa məxsus daha bir tankerə hücum edildiyini açıqlamasından sonra baş verib.
Mənbə oxu.az

Oxşar Xəbərlər