Dünya

"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi

24 Jul 2026, 21:36 2 baxış
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Kosta-Rikada "Şeytan" ("El Diablo") ləqəbi ilə tanınan Alexandro Arias Monqe saxlanılıb. Oxu.Az xəbər verir ki, bu barədə yerli "La Teja" nəşri ölkənin Cinayət Araşdırmaları Bürosunun nümayəndələrinə istinadən məlumat yayıb. Monqe Kosta-Rikada mütəşəkkil cinayətkarlığın ən nüfuzlu liderlərindən biri və ölkənin ən çox axtarılan cinayətkarı hesab olunurdu. ABŞ federal hakimiyyəti onun saxlanılmasına kömək edəcək məlumatın verilməsi üçün 500 min ABŞ dolları məbləğində mükafat vəd etmişdi. "Infobae" nəşrinin məlumatına görə, "Şeytan" 10 ildən artıq müddətdə narkotik alveri ilə məşğul olan və amansızlığı ilə tanınan cinayətkar qruplaşmaya rəhbərlik edib. Monqe bu ləqəbi də məhz buna görə qazanıb. ABŞ hüquq-mühafizə orqanlarının qənaətinə əsasən, o, müəyyən müddət ərzində Kosta-Rikadan ABŞ-yə kokain daşınması üzrə əməliyyatların böyük hissəsinə rəhbərlik edib. Narkotik ticarəti ilə yanaşı, Monqenin rəhbərlik etdiyi cinayətkar şəbəkənin qanunsuz qumar biznesi və digər kriminal fəaliyyətlərlə də məşğul olduğu bildirilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər