Digər

Ukraynanın 10 min km uçan dronları olacaq - Zelenski

24 Jul 2026, 21:03 2 baxış
Ukraynanın 10 min km uçan dronları olacaq - Zelenski

Növbəti iki il ərzində Ukrayna dronlarının mənzilinin 3000 kilometrdən 10000 kilometrə qədər artırılması nəzərdə tutulur.


Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski amerikalı bloger Lori Lumerə müsahibəsində deyib.


Zelenskinin sözlərinə görə, Ukraynanın uzunmənzilli PUA proqramının inkişafı yeni mərhələyə qədəm qoyur.


"Beləliklə, indi vacib olan odur ki, 3000+ kilometr mənzilli dronlar var. Bu il 4000 kilometr, gələn il isə 5000-10000 kilometr mənzilli dronlarımız olacaq", - deyə prezident bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər