Digər
Zelenski dəfnə gedir, Trampla da görüşəcək
Ukrayna Prezidenti Vladimir Zelenskinin ABŞ-a səfəri iyulun 28-də baş tutacaq.
Axar.az xəbər verir ki, bu barədə Ukraynanın “Obşestvennoye Novosti” nəşri mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Ukrayna lideri ABŞ senatoru Lindsi Qrehemin dəfn mərasimində iştirak edəcək.
Məlumata görə, səfər çərçivəsində Zelenskinin ABŞ Prezidenti Donald Trampla görüşü planlaşdırılır.
Mənbə
axar.az