Cəmiyyət
İnsanlar niyə Allaha üsyan edirlər? - VİDEO
Baku TV-nin "Amin" verilişinin yeni buraxılışında Ceyranbatan məscidinin imamı Ziyad Hüseynovla din, mənəviyyat və cəmiyyət mövzuları müzakirə olunub.
İmam Ziyad Hüseynov məsciddə ona ünvanlanan suallardan və din xadimi kimi qarşılaşdığı çətinliklərdən danışıb: "Ən çətin suallar keyfiyyət və kəmiyyət haqqında olanlardır. Bu da fəlsəfənin sualıdır. Sayla və ya hansısa cəhətlə bağlı verilən suallar çətin olur. Çünki qarşıdakı insanın beynində hansı rəqəmi tutduğunu və ya hansı keyfiyyətdə sual verdiyini cavablandırmaq o qədər də asan deyil. Öyrənmək üçün verilən sual isə ən gözəlidir". O həmçinin cəmiyyətdə ailə münasibətləri və xanımların rolu haqqında fikirlərini bölüşüb: "Ailə Allahın əmanətidir. Bu gün qızlarımız ərə getdiyi kişini ələ ala bilsə, o ailə sağlam olar. Sağlam nikah kişi ilə qadın arasında olan sağlam münasibətdən başlayır". Ziyad Hüseynov günümüzdəki ailə modelindən və nəsillərarası fərqlərdən də bəhs edib: "Kişilər atalarına bənzəmək istəyirlər, amma qadınlar bu gün analarına bənzəmək istəmirlər. Qızın oxuması, ali təhsil alması vacibdir. Çünki qadın ali təhsil alanda onun düşüncə tərzi daha fərqli olur. Bir kişini tərbiyə edərsənsə, o, tərbiyəli olar, amma bir qadını tərbiyə etsən, bütün cəmiyyət tərbiyəli olar".

Mənbə
oxu.az