İdman
Qurban Qurbanov Koxalskinin "Qarabağ"dan ayrılacağı barədə xəbərlərə AYDINLIQ GƏTİRDİ
"Koxalskinin ayrılması ilə bağlı heç bir danışıq getmir". Oxu.Az xəbər verir ki, bu fikirləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində keçirilən "Qarabağ" - "Dinamo Kiyev" (2:0) oyunundan sonra təmsilçimizin baş məşqçisi Qurban Qurbanov deyib. O bildirib ki, Koxalskinin oyunu onu qane edir: "Bəzən futbolçular üçün istirahət daha faydalı olur. Martin Zlomisliç də özünü yaxşı tərəfdən göstərdi. Martinin oynaması risk deyildi. Onun oynamasının risk olduğunu düşünənlər ola bilərdi, amma mən belə düşünmürdüm. Risk etməyən qəhrəman olmaz. Zlomisliç ən azından dünya çempionatında olub, futbolu hiss edib. Onun təcrübəsi ilə bağlı narahatlığım yoxdur". Qeyd edək ki, UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Dinamo Kiyev" üzərində ümumi hesabda 2:1 hesablı qələbə qazanan "Qarabağ" pley-off mərhələsinə vəsiqə qazanıb.
Mənbə
oxu.az