Digər
Rusiyada bu zavod da vuruldu: ölənlər var - Video
Ukrayna "Flaminqo" raketi ilə Rusiyanın Kirov şəhərində yerləşən "AVİTEK" zavodunu vurub.
Axar.az xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.
Bildirilib ki, hücumdan sonra zavodda yanğın baş verib. Zərbələr nəticəsində 6 nəfər ölüb, 26 nəfər isə yaralanıb.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatına əsasən, müəssisə "yer-hava" sinifli idarəolunan zenit raketləri, raket-hədəflər, pilotların xilas edilməsi üçün katapult oturacaqları, aviasiya yükqaldırma sistemlərinin istehsalı üzrə ixtisaslaşıb.
Zavod həmçinin "Tor" zenit-raket komplekslərinin istehsalı proqramında iştirak edir.
Qeyd edək ki, "AVİTEK" ABŞ, Ukrayna və bir sıra digər ölkələrin sanksiyaları altındadır.
Mənbə
axar.az