Krımda həyat budur: heç nə yoxdur - Video
Krımda çəkildiyi iddia olunan videoda infrastrukturun fəaliyyətində ciddi problemlərin yaşandığı, nəqliyyatın iflic olduğu və əhalinin yarımadanı tərk etdiyi bildirilib.
Axar.az xəbər verir ki, sözügedən görüntülər sosial şəbəkələrdə yayılıb.
“Bütün avtomobillər dayanıb. Nəqliyyatın hərəkəti, demək olar ki, yoxdur. Benzin, yanacaq yoxdur, elektrik yoxdur.
Eşidirsiniz, generator işləyir. İnsanlar başqa cür elektrik əldə edə bilmədikləri üçün generatorlardan istifadə edirlər. Mağazalar işləmir, banklar işləmir. Ümumiyyətlə, heç nə fəaliyyət göstərmir. Su da yoxdur.
Bunun səbəbi hələlik məlum deyil. Üstəlik, havanın isti olması vəziyyəti daha da ağırlaşdırır. Hər şey tamamilə dayanıb. Küçələrdə isə, təbii ki, demək olar ki, heç kim görünmür”, - videoda vurğulanıb.