Digər
Amnistiya Təşkilatı Netanyahunun həbsinə çağırdı
Beynəlxalq Amnistiya Təşkilatının (Amnesty International) nümayəndəsi Erika Gevara Rosas İsrailin Baş naziri Benyamin Netanyahunun həbs olunmasına və Beynəlxalq Cinayət Məhkəməsində (BCM) mühakimə olunmasına çağırıb.
Axar.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.
"ABŞ hakimiyyəti insan hüquqlarını qorumalı və qanunun aliliyinə hörmət etməlidir", - deyə o bildirib.
Qeyd edək ki, 2024-cü ildə Beynəlxalq Cinayət Məhkəməsi Netanyahunu Qəzza zolağında müharibə cinayətləri törətməkdə ittiham edib və onun barəsində həbs qərarı çıxarıb.
Mənbə
axar.az