Digər

Özgür Özəl CHP-dən nələr apardı? – Engin Özər

24 Jul 2026, 15:45 3 baxış
Özgür Özəl CHP-dən nələr apardı? – Engin Özər

“Yeni Partiya” hazırda 91 millət vəkilinə sahibdir. Beləliklə, parlamentdə ən böyük müxalifət qrupu olacaq. Cümhuriyyət Xalq Partiyasında (CHP) isə 44 millət vəkili qalır.


Bu sözləri Axar.az-a açıqlamasında türkiyəli politoloq Engin Özər Özgür Özəlin CHP-dən istefa verib yeni partiya yaratmağı barədə danışarkən deyib.


Onun sözlərinə görə, aparılan sorğulara əsasən, növbəti parlament seçkilərində CHP-nin maksimum 3% səs toplaya biləcəyi ehtimal olunur:


“Özgür Özəlin partiyası mərkəz-sağa daha yaxın siyasi hərəkat kimi formalaşdırılır. Buna görə də müxalif qüvvələrin vahid çətir altında birləşdirilməsi hədəflənir. Hazırda İYİ Partiya və Zəfər Partiyası ilə ittifaq məsələsi gündəmdədir. Kənardan isə HDP-nin dəstək verməsi ehtimalı da istisna edilmir.


Bu səbəbdən, bu gündən etibarən Özgür Özəlin yaratdığı yeni hərəkat Türkiyədə əsas müxalifət partiyası kimi fəaliyyətini davam etdirəcək”.


Politoloq vurğulayıb ki, yaxın dövrdə Özgür Özəllə bağlı bəzi məhkəmə işlərinin açılacağı və nəticədə onun həbs oluna biləcəyi ehtimalı da səsləndirilir:


“Bu halda partiyanın rəhbərliyinə böyük ehtimalla Mansur Yavaş keçəcək.


Növbəti prezident seçkilərində Özgür Özəlin rəhbərlik etdiyi hərəkatın 45-50% civarında səs toplamaq potensialı var. Bu göstərici yalnız “Yeni Partiya”nın deyil, digər müxalifət partiyalarının da bir araya gəlməsi nəticəsində formalaşa biləcək ümumi dəstəyə əsaslanır.


Ancaq bundan CHP-nin dağıldığı nəticəsi çıxarılmamalıdır. CHP gələcəkdə başqa bir çətir altında, özünü “həqiqi müxalifət” adlandıran şəxslərin rəhbərliyi ilə fəaliyyətini mərkəz-sağ yönümlü siyasi partiya kimi davam etdirə bilər”.

Mənbə axar.az

Oxşar Xəbərlər