Dünya

Venesuelada 28 gündən sonra dağıntılar altından üç nəfər xilas edildi - VİDEO

24 Jul 2026, 15:44 2 baxış
Venesuelada 28 gündən sonra dağıntılar altından üç nəfər xilas edildi - VİDEO
Venesuelada axtarış-xilasetmə qrupları 28 gün dağıntılar altında qalan üç nəfəri sağ olaraq xilas ediblər. Oxu.Az xəbər verir ki, bu barədə iyulun 24-də "SG News" portalı məlumat yayıb.

Həmin şəxslər ən ağır şəraitə baxmayaraq, təxminən bir ay ərzində tab gətirə biliblər. Onların xilas edilməsi, fəlakətdən dörd həftə keçməsinə baxmayaraq, uçqunları təmizləməyə davam edən fövqəladə hallar xidməti əməkdaşlarının fasiləsiz əməyi sayəsində mümkün olub. Hadisə La-Quayra şəhərində baş verib. Belə ki, binaların çökməsi nəticəsində onlarla insan dağıntılar altında qalmışdı. Bütün bu müddət ərzində axtarış işləri dayandırılmayıb və əməliyyat nəhayət nəticə verib. Faciənin baş verdiyi ərazidə axtarış-xilasetmə tədbirləri hazırda da davam etdirilir. Zəlzələ Venesuelada iyunun 24-də axşam saatlarında qeydə alınıb. Təqribən 40 saniyə intervalla 7.2 və 7.5 maqnitudalı iki ardıcıl yeraltı təkan silsiləsi baş verib. Təkanların episentri Yarakuy ştatı ərazisində, bir-birindən 10 kilometr aralıda yerləşib. Son açıqlanan rəqəmlərə görə Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 5 300 nəfəri ötüb. Rəsmi məlumatlara görə, 16.740 nəfər yaralanıb, 6.462 nəfər xilas edilib. Hakimiyyət orqanları 128.324 ailəyə yardım göstərib, 17.265 nəfər evsiz qalıb. 23.122 nəfər 107 müvəqqəti düşərgədə yerləşdirilib. Hökumətin hesabatına görə, 856 binaya ziyan dəyib, onlardan 190-ı tamamilə dağılıb.
Venesuelada 28 gündən sonra dağıntılar altından üç nəfər xilas edildi - VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər