Digər
Rumıniya səmasında F-16 PUA-nı vurdu
Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcı təyyarəsi milli hava məkanına daxil olan PUA-nı vurub.
Axar.az xəbər verir ki, bu sözləri Rumıniya Prezidenti Nikuşor Dan jurnalistlərə deyib.
“Hava məkanımızda pilotsuz təyyarə var idi; o, təxminən saat 11:00-da F-16 təyyarəsinin rumın pilotu tərəfindən vurulub. Vurğulamaq vacibdir ki, bura yaşayış olmayan bir ərazi idi”, - deyə o bildirib.
O əlavə edib ki, hadisə ilə bağlı araşdırma aparılır.
Mənbə
axar.az